Ana səhifə
23 Sentyabr 2018

Xaçmazda iki terrorçu öldürüldü

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib.
 

"Ucnoqta.az" DTX-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə istinadən bildirir ki, fakt üzrə Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirilib.
 

06 mart 2018-ci il tarixdə cinayətkar birliyin üzvlərindən - Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu ərazisində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncular təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov və T.Səlimov məhv edilib. 
 

Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb.
 

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Tarix
7 Mart 2018 [09:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin