Ana səhifə
11 Dekabr 2018

Ramiz Mirzəyevin qohumunun qatilləri tutuldu

Tovuz rayonunda törədilən qətl hadisəsi ilə bağlı yeni məlumat var. 
 

"Ucnoqta.az"  musavat.com-a istinadən xəbər verir ki, fevral ayının 24-də rayonun Mərdan Musayev küçəsində yerləşən evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə Mirzəyevanın qətlində şübhəli bilinən bir neçə nəfərin ifadəsi alınıb. Qətl olayında şübhəli bilinənlər arasında Ruhiyə adlı gənc qadın da var. Qadının Fərman Məmmədovun yaxın qohumu olduğu deyilir. Şübhəli şəxs kimi saxlanılan digər iki şəxsdən birinin Fərman Məmmədovun oğlunun dostu olduğu, digərinin isə “Krokodil” ləqəbli xalça alverçisi olduğu deyilir. Başqa bir şübhəlinin isə Şəmkir rayon sakini olduğu bildirilir.
 

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bu haqda istintaqda heç bir məlumat yoxdur.
 

Xatırladaq ki, Pakizə Mirzəyeva AFFA-nın sabiq prezidenti mərhum Ramiz Mirzəyevin bacısıdır.

Tarix
7 Mart 2018 [09:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin