Ana səhifə
12 Dekabr 2018

"Müsəlman Birliyi" Hərəkatının koordinatoruna 7 İL HƏBS

"Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.
 

"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Əhsən Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror çıxışında Ə.Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Qeyd edək ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. İttihama görə, onun üzərindən 14.775 qram heroin tapılıb. Ə.Nuruzadəyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz narkotik əldə etmə, külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. 

Tarix
6 Mart 2018 [16:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin