Ana səhifə
13 Noyabr 2018

Azərbaycandan Həccə getmək istəyən 480 nəfər sənəd verib

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 480 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib.

"Ucnoqta.az" xəbər verir ki, bunu “Report”a açıqlamasında QMİ-nin məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.

O, sənəd qəbulunun davam etdiyini deyib. QMİ nümayəndəsi həmçinin əlavə edib ki, bu il sağlamlıq haqqında arayışa daha çox önəm veriləcək: “Həcc ziyarətinə sağlamlıq durumu normal olan insanların getməsi məsləhətdir. Sənədləri imkan daxilində ziyarətə gedən vətəndaş özü təqdim etsin. Hətta onlar QMİ-nin din xadimlərindən bəzi məsələləri soruşub, öyrənə bilərlər. Bu il vətəndaşlarımız təcrübəli həkimlər, ilahiyyatçı alimlər, eləcə də bələdçilərlə təmin olunub”.

Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər.

Tarix
6 Mart 2018 [17:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin