Yevlaxda qadın özünü Kür çayına atıb

13:10 - 6 Mart 2018 - HADİSƏ

Yevlaxda qadın intihara cəhd edib.
 
"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata istinadən bildirir ki, martın 5-də saat 6 radələrində Yevlax şəhəri ərazisindəki körpüdən bir qadın özünü Kür çayına atıb.
 
Dərhal qadın həmin ərazidə xidmət aparan Yevlax Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən xilas edilib və RPŞ-yə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti