Araz Abdullayev üçün 150 min avro

11:21 - 6 Mart 2018 - İDMAN

Kiprin "Anortosis" klubunda çııxış edən Araz Abdullayevin komanda ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu səbəbdən Famaqusta təmsilçisi millimizin üzvünü transfer etmək barədə qərar verib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. Arazın oyunundan razı qalan "Anortosis" bu keçidi reallaşdırmaq niyyətindədir. Xəbərdə qeyd edilib ki, "Qəbələ" Kipr klubunundan bu transfer üçün 150 min avro tələb edib. "Anortosis" də bu məbləği ödəmək fikrindədir.
 

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi ötən yay "Qəbələ"dən "Anortosis"ə bir illik icarəyə verilmişdi.

Xəbər xətti