ABŞ İranın nüvə müqaviləsindən çıxa bilər

01:25 - 7 Mart 2018 - DÜNYA

“Vaşinqton Tehrana nüvə silahı istehsal etməyə imkan verməyəcək”.

"Ucnoqta.az"  “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens bəyan edib.

Onun sözlərinə əsasən, İran ballistik raket istehsalına davam edir və terror qruplaşmalarını dəstəkləyir. Pens qeyd edib ki, ABŞ prezidenti Donald Tramp nüvə müqavikəsi ətrafında yaranan anlaşılmazlığı həll etmək üçün Tehrana qarşı sanskiyalara əl atmadı. Amma vitse-prezident bildirib ki, ABŞ gələcəkdə sanksiyalara əl ata bilər.

“Səhv etməyin, bu onların son şansıdır. Əgər yaxın aylarda İranla imzalanan nüvə müqaviləsi nəzərdən keçirilməsə, ABŞ müqaviləni tərk edəcək”, - deyə Pens bildirib.

Xəbər xətti