Bu gün Çempionlar Liqasınd ilk 1/4 finalçılar bəlli olacaq

10:13 - 6 Mart 2018 - İDMAN

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, ÇL-nın 1/8 final mərhələsinin cavab görüşlərinə  “PSJ”- “Real Madrid” və “Liverpul”- “Porto” oyunları ilə start veriləcək.  İngiltərədə baş tutacaq qarşılaşma formal xarakter daşıyır. “Liverpul” Portuqaliyada münasibətlərə təmamilə aydınlıq gətirib.  Belə ki, ilk görüş  5-0 hesabı ilə ingilis klubunun qələbəsi ilə yekunlaşmışdı.

Əsas diqqətlər Fransaya yönələcək. Parisdə baş tutacaq “PSJ”- “Real Madrid” qarşılaşmasının elə ilk oyundan da göründüyü kimi çox maraqlı olacağı gözlənilir. İspaniyada keçirilən ilkin görüş 3-1 hesabı ilə “Kral klubu”nun üstünlüyü ilə yekunlaşmışdı.  

Qeyd edək ki, PSJ bu oyuna çox böyük itkiylə çıxmağa məcbur qalıb.  
 

“Barselona” klubunun keçmiş futbolçusu, “ PSJ”nin əsas silahı Neymar zədəli olduğu üçün bu oyunu buraxmalı olacaq.

Hər iki oyunu alman referiləri idarə edəcək. Fransada baş tutacaq qarşılaşmada Feliks Brix, İngitərədə baş tutacaq qarşılaşmanı isə Feliks Zvayer idarə edəcək.

Xatırladaq ki, qarşılaşmalar saat 23:45-də başlayacaq.

Xəbər xətti