Ana səhifə
26 Sentyabr 2018

Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.

Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb.

Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.

Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar.

Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur.

Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 27-də qeyd edilib.

Martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

Tarix
6 Mart 2018 [09:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin