Azərbaycandan Polşaya birbaşa aviareys açıla bilər

16:40 - 5 Mart 2018 - İQTİSADİYYAT

Bakıdan Varşavaya (Polşa) birbaşa aviareysin açılması istiqamətində danışıqlar gedir.

"Ucnoqta.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib. 

Bununla belə, onun sözlərinə görə, Polşadan Azərbaycana turist cəlb etmək üçün əcnəbilərə sərfəli qiymətə təkliflər edilməlidir: "Polşa bazarı ərəb bazarı kimi deyil. Polyaklar daha aşağı qiymətə uçmağa, ucuz dincəlməyə öyrəşiblər. Azərbaycan otelləri Polşa vətəndaşları üçün özəl təkliflər verməlidir. Hazırda bununla bağlı işlər aparılır. Ona görə də uçuşun həyata keçiriləcəyi dəqiq tarix deyə bilmərəm”.

Xəbər xətti