Məhəmməd Hadi küçəsində tıxac nə vaxt bitəcək? - Rəsmi cavab

16:19 - 5 Mart 2018 - ÖLKƏ İÇİ

Paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində təmir işləri davam etdirilir.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
 

Qurum rəsmisi bildirib ki, hazırda küçədə əsaslı təmir işləri aparılır:
 

"Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığından "Əhmədli" metrostansiyası istiqamətinə olan yolda, yəni M.Hadi küçəsində təmir işləri 1 ay müddətinə yekunlaşacaq. Yolda kommunikasiya xətləri də dəyişdirilir, yol yüksək keyfiyyətlə təmir olunur".
 

A.Nəcəfli bildirib ki, Məhəmməd Hadi küçəsinin sözügedən hissəsi istifadəyə veriləndən sonra "Əhmədli" metrostansiyasından Ukrayna dairəsinə qədər olan hissəsi, daha sonra Ukrayna dairəsindən metronun "Həzi Aslanov" stansiyasına qədər olan hissələri yenidən qurulacaq.

Xəbər xətti