TAP-ın düşmənləri İtaliyada ikinci oldu

16:09 - 5 Mart 2018 - SİYASƏT

Azərbaycanın düşmənləri İtaliyada ikinci oldular

 
İtaliyada parlament seçkilərinin ilkin nəticələri məlum olub.
 
"Ucnoqta.az"-ın Lent. az-a istinadən məlumatına görə, seçkilərdə sağ mərkəzçi partiyaların koalisiyası 38 faiz səs toplayıb. Bu koalisiyaya İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin “İrəli, İtaliya!”, Matteo Salvininin “Liqa”, Corci Meloninin “İtaliya Qardaşları” və Raffael Fittonun “İtaliya ilə Birgəyik” partiyaları daxildir. Amma koalisiya iqtidar qura bilməyəcək. Bunun üçün seçicilərin 40 faizinin səsini toplamaq lazımdır.
Seçkilərdə ikinci yerdə “Beş Ulduz” hərəkatı (30 faiz) qərarlaşıb.
 
Xatırladaq ki, şoumen Beppe Grillonun rəhbərlik etdiyi “5 Ulduz” hərəkatı və onun yaratdığı "No TAP" ictimai komitəsi illərdir, Azərbaycan əleyhinə təbliğatla məşğuldur. Onlar Avropaya uzanacaq qaz kəmərin tikintisinin çoxillik zeytun ağaclarına ziyan vuracağını bəhanə gətirərək etiraz aksiyaları keçirməklə məşğuldurlar. Əslində, isə kəmərin zeytun bağlarına zərər vuracağı haqda iddialar TAP-ın qarşısının alınmasına, yaxud ləngidilməsinə hesablanmış siyasi intriqalara xidmət edir.

Xəbər xətti