Trampdan ETİRAF: Uduzduq

15:35 - 5 Mart 2018 - DÜNYA

ABŞ bütün ticarət sövdələşmələrində uduzub, poladəritmə və alüminium sənayesi demək olar ki, tamamilə dağılıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, belə bir etirafı ABŞ prezidenti Donald Tramp edib.
 

Amerikalı lider deyib: "Biz bütün ticari sövdələşmələrdə uduzan tərəf olmuşuq. Dostlarımız da, düşmənlərimiz də uzun illər ABŞ hesabına mənfəət əldə edib. Bizim polad və alüminium istehsalımız məhv olub".
 

Tramp daha sonra belə bəyan edib: "Bağışlayın, dəyişikliklər zamanı gəlib. Amerikanı yenidən böyük etməyin zamanı çatıb".

Xəbər xətti