Kim Çen İn Cənubi Koreya heyətini qəbul etdi

15:23 - 5 Mart 2018 - DÜNYA

Pxenyanda Seuldan gələn rəsmi şəxslərin şərəfinə qonaqlıq verilib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Şimali Koreya lideri ilk dəfə olaraq Cənubi Koreyanın yüksək çinli məmurlarından ibarət heyətini qəbul edib.
 

Cənubi Koreya mətbuatının xəbərinə əsasən, nümayəndə heyətinə 10 dövlət rəsmisi daxil edilib. Onların sırasında milli kəşfiyyat idarəsinin direktoru və prezidentin milli təhlükəsizlik üzrə müşaviri də var.
 

Heyət Kim Çen İnə Mun Çje İnin məktubunu təqdim edəcək. Məktubda iki dövlət başısı arasında görüş məsələsinə toxunulub. İki günlük səfərdən sonra heyət ABŞ-a, Vaşinqtonu görüşün nəticələri barədə məlumatlandırmağa yollanacaq.

Xəbər xətti