Azərbaycan və Belarus arasında ikitərəfli sənədlər imzalanacaq

17:40 - 5 Mart 2018 - SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin ilk yarısında Belarusa rəsmi səfər planlaşdırılır. 

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, bunu jurnalistləriə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.

Səfirin sözlərinə görə, səfərin may-iyun aylarında reallaşdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, səfər çərçivəsində sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və birjalar arasında əməkdaşlıq sahələrinə aid 10-a yaxın ikitərəfli sənədin imzalanması gözlənilir. 

Xəbər xətti