Ana səhifə
22 Oktyabr 2018

“Ərim dedi ki, onu öpməsəydim...”

Müğənni Elnarə Xəlilovanın “Qafqazinfo”ya müsahibəsi:

 

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

- Ötən həftə türkiyəli müğənni Barış Kömürcüoğlu ilə ifa etdiyiniz “Dayan” duetinin klipini təqdim etdiniz.  Yaradıcılığınızda başqa hansı yeniliklər olacaq?

 

- Türkiyədə yeni layihələr həyata keçirmək istəyirik. Hazırda konkret heç nə yoxdur. Bir neçə iş görüşməsi etmişik. Bu görüşmələrin yaxşı nəticələnəcəyinə inanıram. Lakin olması o qədər də vacib deyil. “Olmasa da olar” prinsipi ilə yaşayıram. Hər şeyi həyatın axarına buraxmışam. Bir vaxt olmadığına üzüldüyün şeyləri vaxt gəlir ki, olmadığı üçün şükür edirsən. Dəqiq bilirəm ki, hər işdə bir xeyir var.  Bu layihələr alınmasa həyatımda və yaradıcılığımda nəsə dəyişməyəcək və yeni layihələrə start verəcəm.

 

- Klipi yoldaşınızın maliyyələşdirdiyini bildirdiniz. Klip neçəyə başa gəldi?

 

- Qiyməti deməyəcəm, biznes sirridir. Öyrəşmisiniz ki, çıxıb deyək ki, 60 min belə gəldi, 71 min elə getdi. Bilən bildi ki, mən 71 min söhbətini həmkarlarımı tərbiyə eləmək üçün dedim.  Klipin qiyməti sirrdir, komandamın sirridir.

 

- Başqa hansı türkiyəli sənətçilərlə duet oxumaq istəyərdiniz?

 

- Tarkanla duet oxumaq istəyərəm. O da məni tanısaydı, mənimlə duet oxumaq istəyərdi. Gün gələr elə bir məclisdə qarşılaşarıq ki, tanış olarıq, dostlaşarıq. Heç vaxt heç vaxt deməməliyik.

 

- Sanki uzun müddətdir şou-biznesdən uzaqlaşmışsınız. Bunun səbəbi nədir?

 

- Şou-biznesdən uzaqlaşmamışam. İldə bir dəfə klip təqdim edirəm. Teleaparıcı, münsif kimi ekranlardayam. Deməzdim ki, çox uzaqlaşmışam.  Mətbuat gözləyir ki, mən tez-tez müsahibələr verim. Üç-dörd aydan bir yeni layihələrlə mətbuatın qarşısına çıxıram. Səbəb olsun ki, jurnalistləri bir araya toplayım.  Deyə bilmərəm ki, ağaca dırmaşıram, gəlin məni çəkin.

 

- Lakin hazırda şou nümayəndələri arasında dəbdə olan bu cür gündəmə gəlməkdir.

 

- Adətən mən nümunə oluram, diktə edirəm. Lazımsız xəbərlərlə gündəmdə qalmağı sevmirəm. Hesab etmirəm ki,  asanlıqla unudularam. Ortalığa elə iş çıxarıram ki, tamaşaçının yadında qalır.

 

- Yenidən aparıcı kimi televiziyaya qayıtmağı düşünürsünüz?

 

- Tezliklə aparıcı kimi maraqlı bir layihədə məni görəcəksiniz. Əvvəl mətbəx proqramı təqdim edirdim,  indi qadın proqramı aparacam.

 

- Şou-biznesin son durumu haqda nə deyə bilərsiniz? Həmkarlarınız tez-tez qalmaqallarla gündəmə gəlir.

 

- Desəm ki, şou-biznesdən xəbərim yoxdur, mənə inanmayacaqsınız. Həqiqi deyirəm, “Facebook”, “İnstagram” səhifəmi bağlayandan həmkarlarımdan xəbərim yoxdur.  Hərdən Günel Sərdarqızı (bəstəkar-şairə) mənə “İnstagram”dan skrinlər atır ki, bax gör kim kimə nə yazıb. Yalnız xəbərim belə olur. Bəlkədə məqsədyönlü şəkildə xəbərim yoxdur. Bir müddət hər şey üstümə gəldi, ona görə hər şeyi dayandırdım və uzaqlaşdım.

 

- Açıqlamalarınızın birində qeyd etmisiniz ki, uşaqlarım məni çox qısqanır.

 

- Uşaqlarım məni çox qısqanır, bəzən atalarına da qısqanırlar.  Yoldaşım məni qucaqlayan kimi gəlib aramıza girirlər. Deyirlər ki, ata sən nə edirsən? Rövşən də deyir ki, ananızı öpürəm. Qızım deyir olmaz, anamızı öpmə. Rövşən də cavab verir ki, a qızım mən sizin ananızı öpməsəydim, sən indi dünyaya gəlməzdin. Uşaqdırlar, hərəsinin ağzından bir avaz gəlir. Barışa da qısqandılar məni.  Oğlum klipdəki obrazımı görüb sual verir ki, ana sən o oğlanı sevirsən?  Dedim a bala, mən sizin atanızı sevirəm, o oğlanı sevmirəm. Uşaqlar mənə dedi ki, səndən zəhləmiz getdi.

 

- Həm üç uşaq anası olmaq, həm də müğənnilik-aparıcılıq etmək çətin deyil?

 

- Üç uşaqla sənəti davam etdirmək çətindir. Lakin onları mən dünyaya gətirəndə bilirdim ki,  bu qədər çətinliklər olacaq. Boynumun borcudur ki, onları ali-təhsilli, vətənə layiqli vətəndaşlarkimi yetişdirim.

 

- Yenidən ana olmağı düşmürsünüz?

 

- Niyə də olmasın? Həyatdır, hər şey ola bilər. Qayınanam deyir ki, əri olan doğmalıdır. Ərim olduğuna görə yenidən ana ola bilərəm. 

 

- Bir neçə ay öncə yol hərəkəti qaydalarını pozduğunuza əks etdirən  video görüntülər yayıldı və geniş müzakirələrə səbəb oldu. Bu haqda mətbuata açıqlama verəcəyinizi söyləsəniz də, daha sonra susdunuz.

 

-  Bu piar kampaniya idi.  Ən çox diqqət  maşına olduğuna görə kampaniyaya başlamışdıq. İmzaladığım müqavilənin vaxtı bitdikdən sonra yeni müqavilə imzalamasam, həmin işi yarımçıq qoyuram. Davam etdirmirəm. Möhtəşəm piar kampaniyaya başladıq, lakin elə oldu ki, müqaviləni uzatmadılar, mən də işi dayandırdım və açıqlama vermədim.

 

- Geyimlərinizi seçərkən nələrə diqqət edirsiniz? Həyat yoldaşınızın sizə qoyduğu hansısa qadağalar varmı?

 

- Bəstəkar-şairə Günel Sərdarqızı geyim seçərkən mənə kömək edir. Yoldaşım geyimlərimə qarışmır. Lakin mən də onun xasiyyətinə bələd olduğum üçün  onun bəyənəcəyi geyimləri alıram. Geyimimə hər zaman diqqət edirəm. Möhkəm ailənin təməlində sevgi anlayış durur. Gərək qarşındakının fikirlərinə hörmətlə yanaşasan.

Tarix
2 Dekabr 2014 [11:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin