ABŞ-dan sonra bu ölkə də səfirliyini Qüdsə köçürür

15:06 - 5 Mart 2018 - DÜNYA

Qvatemala prezidenti Cimmi Morales ABŞ-dan iki gün sonra İsraildəki səfirliklərini Qüdsə köçürəcəklərini açıqlayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, qərar əsasən, səfirlik mayda Tel-Əvivdən Qüdsə köçürüləcək. 
 

Qeyd edək ki, Qvatemala BMT Baş Assambleyasında keçirilən Qüds səsverməsində ABŞ-ın İsrailin paytaxtını Qüds olaraq tanıma qərarına dəstək verən azsaylı ölkələrdəndir. Morales çıxışında “Müstəqil qərar alaraq Qüdsü İsrailin paytaxtı olaraq tanıyırıq. Mayda İsrailin 70-ci yaranma ildönümünü qeyd edəcəyik. Mənim təlimatımla ABŞ-dan iki gün sonra biz də səfirliyimizi daimi olaraq Qüdsə köçürəcəyik”. 

Xəbər xətti