Gömrükdə Azərbaycan vətəndaşı pirotexniki vasitə ilə tutuldu

14:51 - 5 Mart 2018 - HADİSƏ

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21013" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

"Ucnoqta.az" Dövlət Gömrük Komitəsindən “Ölkə.Az”a verilən məlumata istinadən bildirir ki, baxış zamanı, avtomobilin qabaq buferinin altında gömrük nəzarətindən gizlədilən, hər birinin içində 60 ədəd olmaqla 30 qutu pirotexniki vasitə aşkar edilib.


Xəbər xətti