Yeni avtomobil zavodu tikiləcək

00:50 - 6 Mart 2018 - SİYASƏT

Hacıqabul sənaye zonasında avtomobil zavodu tikiləcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan İnvestisiya şirkətinin icraçı direktoru Rövşən Nəcəf bildirib.
 

Onun sözlərinə görə, bu istiqamətdə xarici investorlarla artıq danışıqlar aparılır.
 

İcraçı direktor bildirib ki, zavodda yüngül, eləcə də, yük avtomobillərinin yığılması planlaşdırılır.
 

Qeyd edək ki, bu ilin ilk rübündə Neftçala sənaye zonasında avtomobil zavodu açılacaq.

Xəbər xətti