Zəlzələdə ölənlərin sayı 80-ə çatıb

14:13 - 5 Mart 2018 - DÜNYA

Ötən həftdə Papua-Yeni Qvineyada baş verən 7,5 bal gücündə zəlzələdə ölənlərin sayı 80 nəfərə çatıb.
 

"Ucnoqta.az" “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyəti məlumat verib. 
 

Qeyd edək ki, daha əvvəl azı 30 nəfərin öldüyü açıqlanmışdı. Ötən gün 6 bal gücündə yenidən baş verən zəlzələ isə fəlakətdən zərər çəkən rayonlarda situasiyanı daha da çətinləşdirib. Ölü sayının artacağı istisna edilmir. 

Xəbər xətti