Ana səhifə
20 İyun 2018

Bu ölkələrin deputatları futbol oynamaq üçün Bakıya gəlir

Gələn həftə Azərbaycan tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.

“Ölkə.Az”-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib.
 

Komitə sədri deyib ki, martın 9-11-i tarixlərində gerçəkləşəcək futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.
 

Onun sözlərinə görə, turnir Milli Məclisinin Gənclər və İdman Komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək.

 

“Bilirsiniz ki, Azərbaycan  prezidenti İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan edib. Ölkə başçısı bununla bağlı xüsusi sənəd imzalayıb. Müstəqil Azərbaycanın 100 illiyini qeyd etmək bizim nəslin qismətinə düşüb. Biz də Prezidentimizin bu çağırışlarına qoşularaq, 5 ölkədən deputat dəvət etmişik”,- deyə Muradov bildirib.
 

F.Muradov qeyd edib ki, idman və siyasətin vəhdəti olan bu futbol turniri həm ölkəmizin, həm də Milli Məclisin tarixində baş tutan ilk beynəlxalq Parlament idman tədbiri olacaq:
 

“Beynəlxalq əhəmiyyətli bu tədbir Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər Siyasətinin İdman və Turizm Komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki Mədəniyyət, İdman və Turizm Komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin Parlament komandalarının iştirakı ilə keçiriləcək. Turnirdə adlarını çəkdiyim ölkələrdən 82 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 62 nəfər millət vəkili, digərləri isə keçmiş millət vəkilləri və Parlament aparatlarının əməkdaşlarıdırlar. Bu turnir həm də parlamentarilər arasında sağlam həyat tərzinin təbliği baxımından böyük əhəmiyyətə malikdir.
 

Azərbaycanın həm də böyük idman ölkəsi olduğunu əyani şəkildə qonaqların diqqətinə çatdıracağıq. Ulu öndər zaman-zaman vurğulamışdı ki, biz idman vasitəsilə özümüzü, ölkəmizi, gerçəkliklərimizi, potensialımızı dünyaya təbliğ edə bilərik.
 

Azərbaycan Prezidentinin ölkəmizdə idmana qayğı və diqqəti nəticəsində biz bütün sahələrdə olduğu kimi, idmanda da dünya səviyyəsində sözümüzü deyirik. Birinci Avropa Oyuynları, İslam Həmrəyliyi Oyunları bu baxımdan xüsusilə əhəmiyyətli oldu. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu möhtəşəm beynəlxalq idman yarışlarının təşkilatçılığına rəhbərlik etməsi öz nəticəsini verdi. Bu, dünya idman ictimaiyyətinin qəbul etdiyi, etiraf etdiyi məsələdir.
 

Ona görə də biz deputatlar da qərara aldıq ki, bu çağırışlara cavab verə biləcək bir addım ataq”.

Tarix
5 Mart 2018 [18:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin