Hökumətin hesabatı Milli Məclisə daxil oldu

13:58 - 5 Mart 2018 - SİYASƏT

Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatı Milli Məclisə daxil olub.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hesabat yaxın günlərdə deputatlara paylanacaq.
 
Milli Məclisin martın 16-də keçiriləcək plenar iclasında baş nazir Artur Rasızadə hesabatı təqdim edəcək, hökumətin illik fəaliyyəti müzakirə olunacaq.

Xəbər xətti