Özbəkistan prezidentindən yeni sərəncam — Dövlət məmurları toy və ad günlərində iştirak edə bilməz

19:21 - 5 Mart 2018 - DÜNYA

Özbəkistan prezidenti Şavkat Mirziyeyev dövlət məmurlarına toy və ad günü mərasimlərində iştirak etməyi qadağan edib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, dövlət başçısı Daşkənddə keçirilən tədbirdə bu məsələni gündəmə gətirib.
 

Prezident bildirib ki, ölkədə məmurlar dəbdəbəli həyat tərzi keçirirlər. Onların iştirakı ilə keçirilən tədbirlər isə korrupsiyaya yol açır.

“Sabah sərəncam çıxacaq. Nazirlər, hokimlər və icra orqanı əməkdaşları toy mərasimlərində iştirak etməyəcəklər. Əgər hansısa çayxana yaxınlığında dövlət nömrə nişanlı avtomobil görsəm, həmin gün o məmuru işdən qovub cəzalandıracam. Artıq hər şey bitdi” Bütün bunlar insanları əsəbləşdirir”,- deyə dövlət başçısı bildirib.
 

Özbəkistan prezidenti həm də qeyd edib ki, toy mərasimləri ilə bağlı məhdudiyyətlər də tətbiq ediləcək. Toya dəvət edilən qonaqların sayı 150 nəfəri keçməməlidir. Toy isə bir gündən artıq davam edə bilməz. Restoranlar isə toyu ancaq gündüz saatlarında keçirə bilərlər. Əgər hansısa restoran axşam toy keçirsə, o bağlanacaq.

Xəbər xətti