Ana səhifə
26 Sentyabr 2018

Sabah hava necə olacaq? PROQNOZ

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata istinadən bildirir ki, martın 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqinormadan aşağı 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət70-80faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdəduman olacaq. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Tarix
5 Mart 2018 [13:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin