2018-ci ilin rekordu Gəncədə qeydə alındı

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının yeni rekordu qeydə alınıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən məlumat verir ki, Gəncədə keçirilən “Kəpəz” - “Səbail” matçını (2:1) 5332 tamaşaçı izləyib. Bu göstərici 2018-ci il üçün ən yüksək rəqəmdir.
 

Bunadək baş tutan üç turda ən yaxşı halda 2000 tamaşaçı qeydə alınmışdı. Buna XV turun “Neftçi” - “Kəpəz” və XVII turun “Keşlə” - “Sumqayıt” matçlarında təsadüf olunmuşdu. Hesabat turunda isə təkcə Gəncədəki matçı deyil, “Qəbələ” - “Neftçi” qarşılaşmasını da daha çox - 3000 seyirçi izləyib. Mövsümün rekordu isə XI turun “Kəpəz” - “Qarabağ” matçına məxsusdur - 13 300 tamaşaçı.
 

Qeyd edək ki, 2018-ci ilin rekordu “Kəpəz”in iki uğursuz seriyanı qırması ilə üst-üstə düşüb. Gəncə təmsilçisi ardıcıl 7 məğlubiyyətdən sonra həm xal, həm də qələbə həsrətinə son qoyub. Qərblilər sonuncu dəfə 126 gün öncə - oktyabrın 28-də baş tutan X tutun “İnter”lə səfər oyununda qalib gəlmişdi – 2:0.
 

Cari mövsümdə öz meydanında xal qazanmayan “Kəpəz” 7 matçlıq məğlubiyyət seriyasını qırıb. Gəncə təmsilçisi ötən il aprelin 29-da “İnter”i 1:0 hesabı ilə məğlub edəndən 308 gün sonra doğma azarkeşləri önündə xal qazanıb.

Tarix
5 Mart 2018 [12:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin