Mərakeşli nazir Heydər Əliyevin məzarını ziyarət edib — FOTO

12:44 - 5 Mart 2018 - SİYASƏT

Azərbaycanda səfərdə olan Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita martın 5-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
 

Sonra Şəhidlər xiyabanına gedən nazir ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

//Ölkə.Az//
 


Xəbər xətti