Ankarada təhlükəsizlik tədbirləri gücləndirildi - SƏBƏB ABŞ

20:28 - 5 Mart 2018 - DÜNYA

Ankara polisi paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, paytaxt rəhbərliyi belə bir qərarı ABŞ-ın təhlükəsizlik baxımından martın 5-də Türkiyədəki səfirliyinin işini dayandırması ilə bağlı bəyanatından sonra qəbul edib.
 

Məlumata görə, Amerika vətəndaşlarının yaşadığı yerlərdə təhlükəsizlik tədbirləri xüsusilə gücləndirilib.
 

Qeyd edək ki, ötən gün ABŞ səfirliyi ölkədə olan vətəndaşlarına müraciət edərək martın 5-də səfirliyin paytaxtda fəaliyyətini dayandıracağı barədə məlumat yayıb.
 

Səfirliyin işini yenidən nə vaxt bərpa edəcəyi barədə isə hələki məlumat verilmir.

Xəbər xətti