Sumqayıtda DƏHŞƏT: zirzəmidən 3-ü uşaq, 6 nəfərin meyiti tapıldı - ADLAR

11:16 - 5 Mart 2018 - HADİSƏ

Sumqayıtda baş vermiş dəhşətli hadisədə ölən 6 nəfərin adları açıqlanıb.

"Ucnoqta.az" Sumqayıt şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata istinadən bildirir ki, Sülh küçəsi, 5-ci məhəllədəki binanın zirzəmisində dəm qazından boğularaq ölənlər 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, həyat yoldaşı, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, qızı, 1987-ci il təvəllüdlü Sara Hüseynova və nəvələri: 2009-cu il təvəllüdlü Fərid Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Abbasovadır.
 
 
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 
 

Sumqayıt şəhərində bir ailənin 6 üzvü dəm qazından boğulub. Dünən Sumqayıt şəhəri 5-ci məhəllədə yerləşən binanın zirzəmisindəki yaşayış yerindən 6 meyit tapılıb. Onların bir ailənin üzvü olduğu və dəm qazından boğulduğu bildirilir.
 
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
 
Qeyd edək ki, hadisə barədə ilk xəbəri Qafqazinfo saytı yayıb.
 

Xəbər xətti