"Hindistandan Azərbaycana birbaşa aviareyslər olacaq” AzTA-nın rəhbəri

20:06 - 5 Mart 2018 - İQTİSADİYYAT

 "Azərbaycan Turizm Assosiasiyasının (AzTA) Hindistanda nümayəndəliyi açılıb. Hazırda iki ölkə arasında birbaşa aviareysin açılması istiqamətində danışıqlar aparılır."  

"Ucnoqta.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında AzTA-nın İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Hindistanın Turizm Assosiasiyası ilə müqavilə imzalayıb və əməkdaşlıq edib: “Onlar Azərbaycanın turizm potensialını təbliğ etməyi üzərlərinə götürüblər. Bu il ölkəyə Hindistandan gələn turistlərin sayını artıracağıq. Bundan başqa, 2019-cu ildən Hinistandan Azərbaycana birbaşa aviareyslər olacaq”.

Xəbər xətti