Nazir Qubada vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarov martın 9-da, saat 11:00-də Quba rayonunda bu regiondan olan vətəndaşları qəbul edəcək. 

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, qəbul Quba şəhər,i Yeni körpü 1 ünvanında yerləşən 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.

Qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinləri iştirak edə bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşlar 5-8 mart tarixlərində adı çəkilən Ərazi Vergilər İdarəsinə, Qusar, Xaçmaz və Şabran rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və yaxud nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

"Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər", - deyə məlumatda qeyd edilib. 

Tarix
5 Mart 2018 [10:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin