Sumqayıtda dəhşət - Bir evdən 6 meyit çıxarıldı

10:46 - 5 Mart 2018 - HADİSƏ

Sumqayıtda bir evdə 6 meyit tapılıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər. 
 

Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.
 

Sumqayıt Şəhər Polis İdarəsindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

***

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: “Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”.
 

Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.

Xəbər xətti