Milli Məclis sabah növbəti iclasa toplanacaq - GÜNDƏLİK

10:38 - 5 Mart 2018 - SİYASƏT

Sabah-martın 6-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, iclasın gündəliyinə 24 məsələ daxil edilib.
 
Milli Məclisin martın 6-da keçiriləck iclasında aşağıdakı məsələlər müzakirə ediləcək:
 
1.“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi
 
2. “Azərbaycan Respublikası Milli Məclisin Deputatının statusu haqqında” qanuna dəyişiklik;
 
3. Seçki Məcəlləsinə dəyişiklik;
 
4. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
 
5. Cinayət Məcəlləsinə dəyişiklik;
 
6. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik;
 
7. “Fövqəladə hallar orqanlarında xidməkeçmə haqqında” qanuna dəyişiklik;
 
8. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnaməyə dəyişiklik;
 
9.  “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik;
 
10. “Yaşayış minimumu haqqında” qanuna dəyişiklik;
 
11. “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik;
 
12. “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik;
 
13. “Sosial sığorta haqqında” qanuna dəyişiklik;
 
14. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;
 
15. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;
 
16. “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik;
 
17.  Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında Azərbaycan Respublikasının qanun layihəsi;
 
18. Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik;
 
19. “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik;
 
20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik;
 
21. Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik;
 
22. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda;
 
23. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;
 
24. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik.

Xəbər xətti