"Zeytun budağı" ilə bağlı STATİSTİKA - 134 məntəqə, 22 starteji yüksəklik azad edilib

10:28 - 5 Mart 2018 - DÜNYA

Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 134 yaşayış məntəqəsi terrorçulardan azad edilib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Baş Qərargahının bu gün yaydığı bəyanatda qeyd olunub.
 

Həmçinin 22 starteji yüksəkliyin də terrorçulardan təmizləndiyi qeyd edilib.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər xətti