Metroda nə baş verir? - Hazırkı durum

10:22 - 5 Mart 2018 - ÖLKƏ İÇİ

“Hazırda metroda stansiyalararası interval bərpa olunub, qatarların hərəkətində hər hansı bir gecikmə yoxdur”. 
 

"Ucnoqta.az" xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev metroda yaranan nasazlıqla bağlı “Qafqazinfo”ya açıqlamasında deyib. Onun sözlərinə görə, stansiyalarda yaranan sərnişin sıxlığı artıq tam azalıb:
 

“Bildiyiniz kimi, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında texniki nasazlıq yarandığı üçün qatarların hərəkətində gecikmələr yaranmışdı. Hadisə pik saatda baş verdiyinə görə stansiyalarda sərnişinlərin sayı çoxalırdı. Əsas bir neçə mərkəzi stansiyamızda - “Koroğlu”, “Neftçilər”, “20 Yanvar”da sərnişin sıxlığ olub, ancaq hazırda aradan qaldırılıb”. 
 

N. Paşayev onu da bildirib ki, 2 saat ərzində mərkəzə təcili tibbi yardım tələbi ilə bağlı hər hansı müraciət daxil olmayıb:
 

“Mən hadisə baş verəndən bir neçə dəqiqə sonra dispetçer mərkəzində olmuşam. Bu kimi hallarda məlumat oraya daxil olur. Ancaq səhər saatlarından təcili tibbi yardım tələbi ilə bağlı hər hansı müraciət daxil olmayıb. Ola bilər ki, sıxlığa görə halı pisləşənlər olsun, bu kimi hallarda da əməkdaşlarımız yerində kömək göstərir. Ehtiyac olduğu halda isə təcili tibbi yardım çağırılır. Ancaq hələ ki, hər hansı bir xoşagəlməz halla rastlaşmamışıq”.

Xəbər xətti