Ana səhifə
12 Dekabr 2018

"Oskar" mükafatının qalibləri müəyyənləşib - SİYAHI

Los Ancelesdə keçirilən mərasimdə 90-cı "Oskar" kinomükafatının qalibləri elan olunub. 
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, ən yaxşı film nominasiyasında "The Shape of Water" filmi, ən yaxşı rejissor nominasiyasında Qilermo del Toro, ən yaxşı qadın rolu nominasiyasında “Three Billboards Outside Ebbing, Missouri” filmindəki roluna görə Françes Makdormand, ən yaxşı kişi rolu nominasiyasında “Darkest Hour” filmi ilə Qari Oldman, ən yaxşı ikinci dərəcədə kişi rolu nominasiyasında Sam Rokuel (Three Billboards Outside Ebbing, Missouri filmi), ən yaxşı ikinci dərəcədə qadın rolu nominasiyasında Alison Canney (I, Tonya) qalib elan edilib.
 
Bundan başqa, xarici dildə ən yaxşı film nominasiyasında “A fantastic woman” filmi, ən yaxşı animasiya filmi nominasiyasında “Coco”, ən yaxşı sənədli film “ İcraus”, ən yaxşı qıs animasiya filmi nominasiyasında “Dear basketball, ən yaxşı qısametrajlı film nominasiyasında “The silent child” mükafata layiq görülüb. 
 
"Oskar"ın digər mükafatları ən yaxşı qrim işi, ən yaxşı saç düzümü, ən yaxşı texniki effektlər və s. görə təqdim edilib.
 
Qeyd edək ki, Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatı kinematoqrafiya sahəsində ən nüfuzlu mükafat sayılır. İldə bir dəfə təqdim edilən mükafat 1927-ci ildə təsis edilib.
 
İlk mükafatın təqdim etmə mərasimi 1929-cu il mayın 16-da Los Ancelesdə "Hollivud Ruzvelt" hotelində baş tutub, 12 nominasiya üzrə qaliblər mükafatlandırılıb.

Tarix
5 Mart 2018 [10:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin