Ana səhifə
23 Sentyabr 2018

Tahir Əkbəri qəbirdən çıxarıb yenidən dəfn etdilər - ŞOK FOTOLAR

Martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu yerdən çıxarılaraq atasının qəbrində torpağa tapşırılıb.

 

"Ucnoqta.az"-ın "Ölkə.Az"-a istinadən məlumatına görə, ailəsi bəstəkarın dəfn edildiyi yerin ona layiq olmadığını düşünərək belə bir addım atıb.

 

Əməkdaşımız bəstəkarın dünən dəfn edildiyi qəbristanlıqda olub. Məlum olub ki, T.Əkbərin nəşi qəbirdən çıxarılıb və atasıyla eyni qəbirdə dəfn edilib.

 

Diqqət çəkən məqamlardan biri isə ailənin Mədəniyyət və Turizm Nazirliyi adından sənətkarın qəbri üstünə qoyulmuş əklildən belə imtina etməsidir.

 

Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də vəfat edib.

Tarix
4 Mart 2018 [18:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin