Gülağa Aslanlı: “İsa Qəmbərin səhhətində kiçik problem yaranmışdı”

17:18 - 2 Mart 2018 - SİYASƏT

Türkiyənin Hacettepe xəstəxanasında müalicə olunan Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər gələn həftə Bakıya qayıdacaq.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə “Ölkə.Az”a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. 
 

G.Aslanlı deyib ki, bir neçə gün öncə soyuqdəymə ilə əlaqədar İsa Qəmbərin səhhətində kiçik problem yaranmışdı:
“Ancaq hazırda səhhəti yaxşıdır. Yarım saat öncə də onunla əlaqə saxlamışıq. Səhhəti qaydasındadır, gələn həftə Bakıya qayıtmağı düşünür”.

Xəbər xətti