Rusiya və Türkiyə XİN rəhbərləri 14 martda görüşəcək

16:38 - 2 Mart 2018 - SİYASƏT

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək.

"Ucnoqta.az"  “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova verib. Zaxarova bildirib ki, nazirlərin iştirakı ilə Türk-Rus Müştərək Strateji Planlama Qrupunun iclası keçiriləcək.
 

“14 mart tarixində 6-cı Müştərək Strateji Planlama Qrupunun iclası keçiriləcək. İclasda Lavrov və Çavuşoğlu iştirak edəcək. Nazirlər Rusiya prezidenti Putin və Türkiyə lideri Ərdoğanın iştirakı ilə keçiriləcək Əməkdaşlıq Şurasının iclasının hazırlığını müzakirə edəcəklər”, -deyə məlumatda bildirilir.

Xəbər xətti