Ana səhifə
21 Sentyabr 2018

“Ağ Yol”un mühüm müzakirəsi

“Ağ Yol” Vətəndaş Hərəkatı facebookda özünün “Ağ Yol” səhifəsi və eyni adlı qrupunda yenə də həftənin ən çox diqqət çəkən müzakirələri ilə çıxış edib. Bildiyimiz kimi bu həftə əsasən Xocalı soyqırımı ilə bağlı ölkə daxilində və xaricində mühüm tədbirlər keçirilib. İctimayyətin xüsusi diqqətinə səbəb olan digər mühüm tədbir isə Niderland Krallığının paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayı idi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Avropa ölkələrində kütləvi tədbirlərin keçirilməsi, o cümlədən 31 Mart soyqırımının 100 illiyi ilə bağlı qitədə təbliğat işlərinə start verilməsi ilə bağlı mövzular ətrafında aparılan müzakirələr zamanı bir sıra vacib məsələlərə toxunulub. Qurultayda Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışı zamanı: “Təhlükəsizlik bizim dövlət siyasətinin mühüm hissəsini təşkil edir” deyə vurğulayıb. Əli Həsənov Azərbaycanın qısa müddət ərzində işğal altında olan torpaqlarını hərb yolu ilə azad etməyə qadir olduğunu bəyan edib. “Ordumuzun artan gücü və cəmiyyətdəki vətənpərvərlik hissi imkan verir ki, düşmənə sarsıdıcı zərbə vuraraq əzəli torpaqlarımıza qovuşaq.”- deyə prezidentin köməkçisi qeyd edib. Prezident Administrasiyası rəsmisinin bu açıqlamasını sosial mediyada gündəmə gətirən “Ağ Yol” Vətəndaş Hərəkatı yenə də facebookda çox saylı aktivləri bir araya toplayıb. Özünün “Ağ Yol” səhifəsi və eyni adlı qrupun post paylaşımında Əli Həsənovun açıqlamasındakı vacib məqamlar qeyd olunub. Facebookda beş yüz mindən artıq üzvü olan “Ağ Yol” səhifəsinin status ilə bağlı bildirilən rəylərdə vətəndaşların birlik və millilik mövqeyi özünü göstərib. Prezidentin köməkçisinin çıxışını alqışlayan sosial şəbəkə istifadəçiləri dövlətin təhlükəsizlik istqamətində apardığı mühüm islahatlara nəzər yetiriblər. Müzakirələrdə əsasən dövlət tərəfindən ordunun gücləndirilməsinə göstərilən diqqət, Azərbaycan vətəndaşının tam sabitlik və rifah halında yaşamasına verilən dəyər, eyni zamanda 1 milyon qaçqınımızın öz doğma yurdlarına qaytarılması üçün bütün gücün səfərbər edilməsi vurğulanıb. “Ağ Yol” səhifəsi və qruplarında paralel aparılan fikir mübadiləsində bildirilib ki, bu gün dövlətimizin işğal olunmuş torpaqlarının geri qaytarması məsələsi ilə bağlı siyasət tam düzgün istiqamətdə aparılır. Vurğulanıb ki, əgər bu siyasətə mane olan olmasa ordumuzun müdafiə və hazırlıq imkanları Dağlıq Qarabağ və ətraf rayonların bir neçə gündə geri qaytarılmasını mümkün edəcək. Şərhlərdə o da xüsusi vurğulanıb ki, Azərbaycan öz torpağının müdafiəsinə qalxır. Düşünülmüş siyasətə, qüdrətli orduya sahib olan bir dövlətdə ata-baba yurdundan didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bir gün öz evlərinə qayıdacaqlarına əminlik ifadə olunub.
Tarix
2 Mart 2018 [15:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin