Ana səhifə
19 Noyabr 2018

Mavritaniya prezidenti Azərbaycana gələcək

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda ilk dəfə Mavritaniya prezidenti Amina Qurab-Fakim iştirak edəcək. Bu məqsədlə xanım A.Qurab-Fakimin martın 15-18-də Azərbaycana səfəri nəzərdə tutulub.

"Ucnoqta.az" Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata istinadən bildirir ki, Mavritaniya prezidentinin “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan VI Qlobal Bakı Forumunda çıxışı nəzərdə tutulub. Xanım Amina Qurab-Fakim “Kapitalizm: İqtisadi inkişaf və ətraf mühitin deqradasiyası arasındakı nisbətsizlik” mövzusunda olacaq panel iclasda əsas məruzəçidir.

Qeyd edək ki, biologiya sahəsində alim olan Amina Qurab-Fakim 2014-cü ildən Mavritaniyanın prezidenti və Ali Baş Komandanıdır. O, ölkəsinin ilk qadın prezidentidir. Amina Qurab-Fakim uzun illər göstərdiyi elmi fəaliyətinə görə bir çox beynəlxalq mükafatlara, o cümlədən YUNESKO-nun qadın alimlər üçün təsis etdiyi mükafata layiq görülüb.

Xatırladaq ki, VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının prezidenti Ilir Meta, Makedoniya Respublikasının prezidenti George İvanov, Moteneqro prezindenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım, Türkiyə Respublikasının xarici işlər naziri Mövlut Çavuşoğlunun da iştirakı gözlənilir.

Eyni zamanda forumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur. 

Tarix
2 Mart 2018 [15:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin