Ana səhifə
22 İyun 2018

"Nalbandyan Ermənistanın uğursuz xarici siyasətini yalanlarla ört-basdır etmək istəyir"

“Ermənistan xarici işlər naziri seçki qabağı dövrdə daxili istehlak üçün Ermənistanın uğursuz xarici siyasətinə bu kimi yalanlarla bəraət qazandırmağa çalışır”.

"Ucnoqta.az" xəbər verir ki, bu sözləri "Ölkə.Az"a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və prinsipləri hər kəsə bəllidir, münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir: “Azərbaycan əleyhinə hərbi təcavüzün və etnik təmizləmənin məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir. Ermənistan xarici işlər nazirinin bu iddiasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (sonra ATƏT) Yekun Aktı (Helsinki Yekun Aktı) və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur. Helsinki Yekun Aktının 8-ci bəndində öz müqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib. Bu kimi lüzumsuz propaqanda ilə məşğul olmaq əvəzinə Ermənistan tərəfinin münaqişənin həlli üzrə substantiv və məntiqi danışıqlarda ciddi və məsuliyyətlə iştirak etməsi daha faydalı olardı”.

Tarix
2 Mart 2018 [14:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin