Ana səhifə
20 Sentyabr 2018

"Narkoloji Mərkəzdə ölənlərin hamısı xəstələrdir" Səhiyyə Nazirliyi

Martın 2-də səhər saatlarında Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində ölənlərin hamısı xəstələrdir.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.

L.Bayramovanın sözlərinə görə, hadisə nəticəsində tibbi personaldan xəsarət alan olmayıb:
“Ölənlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Bütün bunlar araşdırmaların nəticəsində bəlli olacaq”.

Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirliklərinin Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı yeni birgə məlumatında qeyd edilir ki, həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
 
Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Tarix
2 Mart 2018 [14:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin