Ana səhifə
21 İyun 2018

Gömrük Komitəsindən karqo şirkətlərinə XƏBƏRDARLIQ

Türkiyə Respublikasından idxal edilən malların nəqliyyat xərclərinin artması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrinə müsahibə verən bəzi yükdaşıma (karqo) şirkətlərinin nümayəndələri bunu gömrük ödənişlərinin hesablanması zamanı yeni sistemin tətbiq edilməsi, gömrük vergi və rüsumlarının artırılmasına dair həqiqətə uyğun olmayan məlumatlarlarla əsaslandırmağa çalışıb.
 
 
"Ucnoqta.az" xəbər verir ki, bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib. 
 
 
Məlumatda qeyd edilib ki, idxal edilən mal və nəqliyyat vasitələrinin gömrük vergi və rüsumları mövcud qanunvericiliyə uyğun olaraq hesablanır və son zamanlar bu sahədə dəyişikliklərin aparılması, eyni zamanda gömrük vergi və rüsumlarının artırılmasına dair məlumatlar həqiqətə uyğun deyil. Lakin ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa cavabdeh olan qurumlardan biri olaraq gömrük orqanlarına bəzi karqo şirkətləri tərəfindən təqdim olunan invoyslar üzərində aparılan araşdırmalar zamanı kəskin uyğunsuzluqlar aşkar edilib: "Belə ki, aparılan araşdırma zamanı məlum olub ki, həmin karqo şirkətləri hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan malların məhz onlara aid olduğunu iddia edərək gömrük rəsmiləşdirilməsi prosesini də üzərlərinə götürür, gömrük orqanlarına təqdim etdiyi invoyslarda malların dəyərini dəfələrlə aşağı göstərir, bəzi hallarda isə saxta invoyslar təqdim edir ki, bu da vergidən yayınmaq deməkdir.
 
 
Dövlət Gömrük Komitəsi bir daha xarici iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslərə müraciət edərək hər kəsi dürüst və şəffaf şəkildə faliyyət göstərməyə, dövlət büdcəsinə çatacaq vergi və rüsumları vaxtında və düzgün şəkildə ödəməyə çağırır. Əks halda həmin şəxs və qurumlara qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək".

Tarix
2 Mart 2018 [13:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin