Ana səhifə
21 Sentyabr 2018

İsrail polisi Netanyahunu sorğu-suala çəkir

İsrail polisi ölkənin Baş naziri Binyamin Netanyahunu onun yaxınlarının ölkənin ən böyük telekommunikasiya şirkəti olan "Bezek"in rəhbərliyi ilə korrupsiya əlaqələri üzrə işin istintaqı çərçivəsində ilk dəfə sorğu-suala çəkir.

Bu barədə "Ucnoqta.az"  "Report"a istinadən xəbər verir.

Qeyd edək ki, hökumət başçısı "4000 iş" adı alan iş üzrə şübhəli fiqur deyil, lakin bunu özünə qarşı təqiblərin davamı hesab edir. Müstəntiqlər tanınmış "Walla" xəbər internet-resursunda Netanyahunun fəaliyyətinin müsbət yöndə işıqlandırılmasının qarşılığında məmurların "Bezek"in maraqlarını təşviq etməsinə dair sübutlar axtarırlar.

"Sorğu-sual onun Qüdsdəki rəsmi iqamətgahında keçirilir və bunun 4 saat davam edəcəyi gözlənilir. Netanyahuya hələ ictimaiyyətə açıqlanmayan, amma əsas şübhəli şəxslərin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə iclaslarında məhkəməyə təqdim olunan xeyli sayda dəlil nümayiş olunacaq", - yerli "Kan" radiosu bildirib.

Qeyd edək ki, polis daha əvvəl bu işlə bağlı Netanyahunun keçmiş mətbuat katibi Nir Hafetsi, Rabitə Nazirliyinin keçmiş baş direktoru Şlom Filberi, "Bezek"in sahibi Şaul Eloviçi, onun həyat yoldaşını, oğlunu və tabeliyindəki bir neçə nəfəri həbs edib.

Radionun məlumatına görə, baş nazir ilə paralel olaraq, onun həyat yoldaşı da dindirilir.

Xatırladaq ki, Netanyahunun adı polisin keçən ay prokurorluğa təhvil verdiyi və Nazirlər Kabinetinin rəhbərinə qarşı rüşvət almaq, dələduzluq və etimaddan sui istifadə etmə üzrə ittiham irəli sürülməsini təklif etdiyi iki cinayət işində şübhəli şəxs kimi keçir. 

Tarix
2 Mart 2018 [13:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin