Ana səhifə
18 İyun 2018

Jurnalist Jirinovskini özündən çıxardı

Rusiyada “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikovun bir gün əvvəl prezidentliyə namizədlərin teledebatında baş verən gərginliklə bağlı sualı Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovskini özündən çıxarıb.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki,  bir gün əvvəl “Rossiya 1” telekanalının efirində Jirinovski ilə prezidentliyə namizəd Kseniya Sobçak arasında gərginlik yaşanmış, sonuncu təhqiramiz ifadələrə görə, Jirinovskinin üstünə su atmışdı.
 
Bu gün Liberal Demokratların lideri Moskva “Manejində” açıqlama verən zaman, “Kommersant”ın müxbiri Andrey Kolesnikov ona yaxınlaşıb və teledebatda yaşanan gərginliyin səbəbini öyrənməyə çalışıb. Müxtəlif replikalarla mübadilədən sonra Jirinovski hiddətlənib.
 
“Sən təxribatçısan, ay jurnalist, sənə maraqlı məlumat lazımdır...Xoşuna gəlmir- dur rədd ol!”,- deyə Jirinovski bildirib.

Tarix
3 Mart 2018 [01:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin