Polşada 32 nəfər donaraq öldü

21:44 - 2 Mart 2018 - DÜNYA

Avropada güclü soyuqlar dövründə azı 49 nəfər həlak olub. Şaxtalar nəticəsində ən çox ölüm halları Polşada qeydə alınıb.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, Polşa polisi fevral ayı ərzində 32 nəfərin donaraq öldüyünü bildirib. Bundan başqa Çexiyada 8, Fransada 4, İtaliyada 2, İspaniyada isə 1 nəfər şaxtaların qurbanına çevrilib.
 
Britaniya KİV-lərinin məlumatına əsasən, London yaxınlığında yerləşən Uellinq şəhərində donmuş göldən öz itini xilas etmək istəyən kişinin cəsədi çıxarılıb.
 
Niderlandın cənub-qərbində yerləşən Hank şəhəri yaxınlığında isə yaşlı kişi çayda sürüşən zaman buzun altına düşüb. Həmçinin Sloveniya və Serbiyadan da həlak olanlar barədə məlumatlar gəlir, lakin onların dəqiq sayı məlum deyil.
 
Keçən həftənin sonlarından başlayaraq Avropa qeyri-adi soyuqların və güclü qar fırtınasının təsirinə məruz qalıb. Əlverişsiz hava şəraiti bir çox ölkədə nəqliyyatın işini pozub.

Xəbər xətti