Azərbaycanın NATO əməliyyatlarında iştirakı yüksək qiymətləndirilir

20:11 - 2 Mart 2018 - SİYASƏT

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO Parlament Assambleyasının Baş Katibi Devid Hobbs ilə görüş keçirib.
 

"Ucnoqta.az" XİN-dən Trend-ə verilən məlumata istinadən bildirir ki, görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Q. Məmmədov Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında iştirakı barədə məlumat verib və tərəfdaşlığın parlamentar ölçüsünün əhəmiyyətini qeyd edib.
 

Baş Katib Devid Hobbs Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirib və NATO Parlament Assambleyasında Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin fəal iştirakını təqdir edib.

Xəbər xətti