Dağıstanın başçısı Azərbaycana səfər etmək niyyətindədir

19:40 - 2 Mart 2018 - SİYASƏT

 Dağıstanın başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev yaxın zamanda Azərbaycana səfər etməyi planlaşdırır.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə V.Vasilyev Rusiya prezidentinin Mərkəzi Manejdə keçirilən Federal Məclisə göndərdiyi məktubdan sonra bildirib.

"Tezliklə Azərbaycana gedəcəyəm, orada danışarıq", - V.Vasilyev vurğulayıb.

Qeyd edək ki, V.Vasiliev 2017-ci il oktyabrın 3-də Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub. Buna qədər bu postu Ramazan Abdulatipov tutub.

Bu, V.Vasilyevin Dağıstanın müvəqqəti başçısı postunda Azərbaycana ilk rəsmi səfəri olacaq.

Xəbər xətti