Ana səhifə
18 Noyabr 2018

"Qarabağ" qrupdan çıxsa...

2014/2015 mövsümü üçün Avropa Liqasının 1/16 və 1/8 final mərhələlərinin püşkünün vaxtı açıqlanıb.

 

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi dekabrın 15-də keçiriləcək.

Püşk zamanı 32 komanda iki səbətə bölünəcək. Avropa Liqasının qrup mərhələsinin 12 qalibi 1-ci, qrup ikinciləri 2-ci səbətdə qərarlaşacaq. Yerdə qalan 8 komanda isə Çempionlar Liqasının qrup mərhələsinin üçüncüləri olacaq. Həmin komandalardan ən yüksək reytinqə malik dörd komanda 1-ci, digər dörd klub isə 2-ci səbətdə yer alacaq.

Avropa Liqasının 1/16 final mərhələsinin iştirakçıları arasında Azərbaycanın "Qarabağ" klubu da ola bilər. Bunun üçün Ağdam təmsilçisi qrup mərhələsinin son oyununda evdə İtaliya "İnter"inə qalib gəlməlidir. Bakıdakı görüşdə heç-heçə olacağı təqdirdə "Qarabağ" qrupun digər oyunu - "Dnepr" (Ukrayna) - "Sent-Etyen" (Fransa) matçının nəticəsini gözləməli olacaq. Əgər həmin görüşdə də bərabərlik qeydə alınarsa, o zaman qrup ikincisi kimi məhz son Azərbaycan çempionu 1/16 finala adlayacaq.

"Qarabağ" klubu püşk zamanı ikinci səbətdə qərarlaşacaq. Belədə Qurban Qurbanovun komandası 1-ci səbətdə yer alacaq nisbətən güclü rəqiblə üz-üzə gələcək. Reqlamentə əsasən Ağdam təmsilçisi qrup mərhələsində İtaliya "İnter"i ilə mübarizə apardığından 1/16 finalda həmin komandayla qarşılaşa bilməyəcək. Avropa Liqasının 1/16 final mərhələsinin oyunları 19-26 fevral tarixlərində keçiriləcək.



Qeyd edək ki, dekabrın 15-də Avropa Liqası ilə yanaşı, Çempionlar Liqasının 1/8 final mərhələsinin də püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. 

 

Tarix
2 Dekabr 2014 [01:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin