Ana səhifə
26 Sentyabr 2018

Millimizin rəqibi Emənistanla danışılmış oyunda ittiham edilir

Futbol üzrə milli komandamızın yoxlama oyunundakı rəqibi Belarus yığması oyun alqı-satqısında ittiham olunur.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, yığmanın ötən ilin noyabr ayının 9-da Ermənistana qarşı keçirdiyi görüşlə bağlı sübhələr yaranıb.   
 

Belə ki, Ermənistanın 4:1 hesablı qələbəsi ilə başa çatan görüşdə əmsallar anormal şəkildə hərəkət edib.  Bu oyunla bağlı şübhələr olduğunu danışılmış oyunlarla bağlı nümayəndəlikdən də təsdiq ediblər.
 

Yığmanın baş məşqçisi İqor Kriuşenko isə yayılan xəbərlərə qısaca şərh verib: "Bütün bunlar şayiədi. Cəfəngiyatı şərh etməyə ehtiyac görmürəm".
 

Belarus Futbol Federasiyasının mətbuat xidməti yayılan xəbərlərə münasibət bildirib: "Federasiya yayılan xəbərlərə görə araşdırma aparmayacaq. Çünki yığmamız həmin matçda düzgün oynayıb. Ölkənin əsas komandasının nüfuzunu ləkələyən məlumatı yayanları məhkəməyə verəcəyik".  

 

Qeyd edək ki, Belarus millisi martın 23-də Bakıda millimizlə yoxlama görüşü keçirəcək.  

Tarix
1 Mart 2018 [16:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin